Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri ölkənin şimalında anti-terror əməliyyatı keçirib.

Bu haqda İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Tutulan şəxslərin hamısı Suriyadan gəliblər və eyni ailənin üzvləridirlər.

Əməliyyat Neynəva əyalətində keçirilib.

Bildirilir ki, ailə başçısı hazırda Suriyanın şimal-şərqində Həsəkə əyalətindəki əl-Hol qaçqın düşərgəsindədir. O və onun 4 qardaşı terror fəaliyyətinə görə İraqda axtarışa veriliblər.