Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizi və Egeydəki haqlarını qorumaq üçün başlatığı fəaliyyətlərin sonuna qədər davam edəcəyini açıqlayıb.

Az.shafaqna.com trt-yə istinadən xəbər verir ki,  Ərdoğan Qurban bayramı münasibətilə yayımladığı videoda bayramın Türk millətinə, bütün İslam dünyasına və bəşəriyyətə xeyirlər gətirməsini arzu edib.
Türkiyənin yeni növ koronavirus (Covid-19) epidemiyası dövrünə sağlıq başda olmaqla bütün dünyanın təqdirini qazanan bir müvəffəqiyyətlə nəzarət etdiyini bildirən Ərdoğan normallaşma prosesi ilə turizm xaricindəki bütün sektorlarda həyatın pandemiyadan əvvəlki  səviyyəyə yaxınlaşan ritmə qovuşduğunu dilə gətirib.
Ərdoğan “Tariximizdə “qələbələr ayı” olaraq yer alan avqusta girəcəyimiz bu günlərdə uşaqlarımız üçün yeni zəfərlər miras qoyacağımıza ümid edirəm” deyib.
“İraq və Suriyadan Liviyaya qədər uzanan geniş bir ərazidə davam edən mübarizəmizə özümüzün və qardaşlarımızın qələbəsi ilə yekun vurmaq əzmindəyik” ifadəsini işlədən R.T.Ərdoğan Türkiyənin Egey və Şərqi Aralıq dənizində başlayan haqlarını qoruma səylərinin sonuna qədər davam edəcəyini vurğulayıb.
Ərdoğan yenidən ibadətə açılan Ayasofya məscidi nümunəsində olduğu kimi Türkiyənin suverenlik hüquqlarından istifadə etməkdən çəkinməyəcəyini qeyd edib.
Ərdoğan Türkiyənin dünyanın harasında olmasından asılı olmayaraq hansı inanca, mənşəyə, mədəniyyətə sahib olarsa olsun ədalətsizliyə, haqsızlığa, zülmə məruz qalan hər kəsin yayında yer almağa davam edəcəyini bildirib.
Qurban bayramının ürəklərimizə sakitlik, Türkiyəyə dinclik, dünyamıza sülh gətirməsini diləyən Ərdoğan “Bayramınız mübarək olsun” deyib.