Ermənistanın xarici işlər nazirinin müavinləri qurumun rəhbəri vəzifəsini icra edən Ara Ayvazyanın istefasından sonra işdən getmək barədə ərizə yazıblar.
Az.shafaqna.com Sputnik-ə istinadən bildirir ki, bu barədə Ermənistanın “Joxovurd” (Xalq) qəzeti yazıb.
Cümə axşamı Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan bildirmişdi ki, Ara Ayvazyan istefa ərizəsi yazıb, ancaq səbəbini açıqlamamışdı.
“XİN başçısının istefasından sonra nazirin müavinləri də getmək barədə ərizə yazıblar, tezliklə bu barədə məlumat veriləcək”, – məlumatda deyilir.
Qəzetin yazdığına görə, cümə axşamı Ayvazyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı qüvvələrin Ermənistan-Azərbaycan sərhədindən çəkilməsi və orada büynəlxalq müşahidəçilərin yerləşdirilməsi barədə bəyanatla çıxış etməməyə çağırıb. Paşinyan isə öz bildiyini edib, bundan sonra Ayvazyan istefa verib.
Diplomatlardan savayı, qəzet yazır ki, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin bəzi əməkdaşları da istefa etmək qərarına gəliblər.