Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (SQ) general-mayoru Viktor Nazarov etiraf edib ki, Kiyev 2007-ci ildən Rusiya ilə müharibə planını hazılayırdı.
Onun sözlərinə görə, Ukrayna Baş Qərargahı (BQ) Rusiya prezidenti Vladimir Putinin 2007-ci il 10 fevralda Münhen Siyasət və Təhlükəsizlik Məsələləri Konfransındakı nitqindən sonra Moskva ilə silahlı münaqişəyə hazırlaşmağa başlayıb.
“Əlimizi əlimizin üstünə qoyub oturmadıq… <…> Rusiya ilə müharibəni də nəzərdə tutan hərbi sənədlər, operativ planlar hazırlanırdı”, – deyə Nazarov qeyd edib.
O bildirib ki, Ukrayna SQ həmçinin Ukraynanın şərqində – Donbasda, həmçinin Krım yarımadasında da silahlı toqquşma ssenarisinə hazırlaşırdı.
Üstəlik, ukraynalı general-mayor deyib ki, Krımın Rusiyaya birləşdirilməsi Ukrayna SQ üçün hər bir halda qəfildən oldu.
“Strategiya nöqteyi nəzərindən bu, gözlənilməz olmadı. Onların Krımda tətbiq etdikləri taktikası isə… bəli, olduqca gözlənilməz oldu”, – deyə o əlavə edib.