Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariya şənbə günü “Gürcüstan naminə” adlandırdığı partiyasının təqdimatını keçirəcək.
Bu barədə onun mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, Qaxariya cari ilin fevral ayında baş nazir postundan istefa verib və hakim “Gürcü Arzusu” partiyasını tərk edib. Lakin bir ay sonra özünün siyasətə dönüşünü elan edib.
İlkin məlumatlara görə, yeni partiyanın təqdimatından sonra o, bu ilin payızında keçiriləcək yerli özünüidarəetmə seçkilərində iştirak edəcəyini də elan edəcək.
Bu məqaləni paylaş