Prezident İlham Əliyev Ağdama səfər edib – ƏTRAFLI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfərə gəlib.

Az.shafaqna.com xəbər verir ki, dövlətimizin başçısı Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.

Bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib.

Sonra Prezident Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub.

Prezident həmçinin Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident Ağdama səfəri çərçivəsində Qiyaslı məscidini də ziyarət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Şahbulaq qalasında olub.

Bu məqaləni paylaş