Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Sind əyalətində övladları həddi-büluğa çatdıqdan sonra evlənməyən valideynləri cərimələmək təklif edilib.
Siyasətçi Səid Əbdül Raşid tərəfindən irəli sürülmüş qanun layihəsinə əsasən, 18 yaşına çatan vətəndaşlar rəsmi şəkildə nikah kəsdirməlidirlər.
Göstərişə əməl edilmədikdə onların valideynləri 500 rupi məbləğində cərimə ödəməli olacaqlar.
Qeyd edilir ki, artıq qanun Sind Assambleyasının bir neçə üzvü tərəfindən təsdiq edilib.
Səid Əbdül Raşid bildirib ki, bu cür tədbirlər cəmiyyətdə cinayətkarlığın azaldılmasına kömək edəcək. Onun fikrincə, əhalinin ənənəvi dəyərlədən uzaqlaşması sosial problemlərin çoxalmasına səbəb olur. O, qanun layihəsi çərçivəsində icbari cehizi ləğv etməyə də çağırıb ki, heç nə evliliyə mane olmasın və bu prosesi ləngitməsin.