
Az.shafaqna.com BBC-yə istinadən xəbər verir ki, Dünyanın ən tanınmış insan haqları təşkilatlarından biri olan Amnesty International İraqda İŞİD terrorçularının əsarətindən qurtulmuş yezidi dini və etnik azlığına mənsub uşaqların ağır fiziki və əqli problemlərdən əziyyət çəkdiyini bəyan edib.
Bir çox yezidi uşaq 2014-cü ildə İŞİD onların ərazilərini ələ keçirərkən öldürülüb.
Qurtulan 2 minə yaxın şəxs ehtiyacı olan köməyi hələ də ala bilmir.
“Amnesty İnternational” bu uşaqların hamısının tərk edildiyini və onların uzun müddətli dəstəyə ehtiyacı olduğunu bildirib.
İŞİD onların İlaqın şimalındakı qədim torpaqlarına hücum edərkən yezidilər Sinjar dağına sığınıblar. Bir çoxu öldürülüb, 7 minədək qadın və qız tutularaq qul edilib. Onların bir çoxu zorlanıb.
Bəzi oğlanlar döyüşdə əzalarını itiriblər, təcavüzə uğramış bəzi qızlar isə heç vaxt uşaq sahibi ola bilməyəcəklər. Amnesty İŞİD terrorçularının körpələrini dünyaya gətirən Yezidi qadınlarını uşaqları ilə xaricdə yerləşməyə çağırır.
Şimali İraqdakı onlarla müsahibəyə əsaslanan hesabatda qurtulmuş uşaqların “uzun müddətli xəsarətlərdən əziyyət çəkdikləri”, həmçinin post-travmatik stres pozğunluqlar yaşadıqları”, “əhval dəyişikliyi” və “çırpıntılardan” narahat olduqları bildirilir.
Minlərlə yezidinin ilişib qaldığı köçkün düşərgələrində təhsil hələ də əlçatımlı deyil.
İŞİD terrorçuları ilə evləndirilmiş yezidi qadınlar isə psixoloji yaralarla mübarizə aparırlar.




























