
Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, Şimali Koreya iyul ayının əvvəlində yay təlimləri zamanı gəmi əleyhinə olan qanadlı raketi sınaqdan keçirib.
Bildirilir ki, raket 6 iyulda Yapon dənizindəki gəmidən atılıb və azı 100 km məsafə qət edib.
Raketin dəqiq olaraq hansı növdən olması bəlli olmasa da, bu növ raketin daha öncə də sınaqdan keçirildiyi hesab edilir.






























