Zidan “Real”-ın baş məşqçisi postunu tərk etdi

Az.shafaqna.com RT-a istinadən xəbər veri rki, “Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan tutduğu vəzifəni tərk edib.

Bu barədə adıçəkilən klubun mətbuat xidməti məlumat verib.

Qeyd edilir ki, məşqçi öz təşəbbüsü ilə bu qərarı qəbul edib.

Xatırladaq ki, 2020/21 sezonunun nəticələrinə əsasən, klub 84 xal toplayıb və İspaniya çempionatında 2-ci yeri tutub, həmçinin UEFA ÇL-ın yarımfinalınadək gəlib çata bilib.

Bu məqaləni paylaş