Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, “Tbilisi Energy” abunəçiləri artıq təbii qazın kubmetri üçün 7,384 tetri daha çox ödəniş edəcəklər.
Gürcüstan Energetika və Su Təchizatının Tənzimlənməsi üzrə Milli Komissiyasının qərarına əsasən, abunəçilər 46,138 tetri əvəzinə, ƏDV də daxil olmaqla, 53,972 tetri ödəməli olacaqlar.
Yeni tarif 1 iyundan qüvvəyə minəcək və 2022-ci ilin 31 dekabrınadək qüvvədə olacaq.
“Tbilisi Energy” istehlakçılar üçün qaz tariflərinin artırılmasına dair bəyanatla çıxış edib. Şirkətin bəyanatına əsasən, şirkət qazı 34 tetriyə alsa da, 26 tetriyə satır.
Bu məqaləni paylaş