Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Polşa prezidenti Andjey Duda Gürcüstan səfəri zamanı Rusiyanın ünvanına sərt sözlər səsləndirib.
“Rusiya qeyri-normal ölkədir, bu, aqressor ölkədir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Moskvanın hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilə bilməz və o, BMT Baş Assambleyası sessiyaları və ATƏT çərçivəsində onunla münasibətlərin müzakirəsini başlatmaq niyyətindədir.
Qeyd edək ki, Duda dəfələrlə Rusiyanın ünvanına sərt fikirlər səsləndirib. Xüsusilə də, Rusiyanı aqressor, “azadlıq düşməni” və NATO üçün əsas təhdid adlandırıb.
Bu məqaləni paylaş