FETÖ məsələsində göstərdiyiniz qətiyyət bizim üçün çox mühümdür – Türk nazir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edib.

Az.shafaqna.com xəbər verir ki, Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk Prezident İlham Əliyevə FETÖ terror qruplaşması ilə mübarizədə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Nazir deyib:  FETÖ məsələsində Sizin göstərdiyiniz qətiyyət, verdiyiniz dəstək bizim üçün çox mühümdür. O da bizə böyük xoşbəxtlik və sevinc verir. Bunun üçün çox şadıq. Bundan başqa, biz görülməli olan bütün iş və prosesləri qaydasına qoyacağıq, dostlarımızla birlikdə həll edəcəyik və sonra da Sizə məruzə edəcəyik, cənab Prezident. Heç narahat olmayın. Nə lazımdırsa, biz bu işlərin başındayıq, izindəyik, cənab Prezident.

Mən bizi qəbul etdiyiniz üçün bir daha təşəkkürlərimi və ehtiramımı bildirirəm.

Bu məqaləni paylaş