Foto: FB

Az.shafaqna.com xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi cümə axşamı “Mtavari arxi” telekanalının sahiblərindən biri Qeorgi Rurua haqqında hökmünü açıqlayıb.

Məhkəmə onu müfaviq cinayət məcəlləsinin silah əldə etmə, saxlama və gəzdirmə maddəsilə təqsirli bilərək 4 il həbs cəzası verib.

Müdafiə tərəfi məhkəmənin hökmü ilə razılşamayaraq, apellyasiya şikayəti verəcəklərini bildirib.

Qeorgi Rurua Saakaşvili höküməti zamanı mədəniyyət naziri olmuş Niki Ruruanın qardaşıdır. Müxalifət Ruruanın həbsinin siyasi olduğunu iddia edir.