Avropa vətəndaşlarına vaksin sertifikatı veriləcək

Avropa Parlamenti (AP) Vətəndaş Azadlıqları Komitəsi Avropa İttifaqı (Aİ) sərhədləri daxilində səyahətlərdə istifadə edilməsi planlanan yeni tip koronavirus (Covid-19) peyvənd sertifikatı tənzimləməsini təsdiqləyib.

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki,   Belçikanın paytaxtı Brüsseldə bir araya gələn AP Vətəndaş Azadlıqları Komitəsi tərəfindən Aİ Rəqəmsal Kovid Sertifikatı ilə bağlı qanun layihəsini müzakirə olundu. Komitə üzvləri Avropa İttifaqı vətəndaşları üçün peyvənd sertifikatı tənzimləməsini 52 lehinə, 13 əleyhinə və 3 bitərəf, üçüncü ölkə vətəndaşlarına peyvənd sertifikatı tənzimləməsini isə 53 bəli, 10 xeyr və 5 tərəfsiz səslə qəbul etdilər.

Yeni qanuni tənzimləməyə görə, 1 iyuldan qüvvəyə minəcək peyvənd sertifikatı ödənişsiz olacaq.

Sertifikat kağız və rəqəmsal şəkildə hazırlanacaq. Ayrı-seçkiliyin qarşısının alınması üçün peyvənd olmayan adamlar da sertifikat ala biləcəklər. Belə ki, peyvənd sertifikatı adamların “Covid-19” peyvəndi olub-olmadığı, oldusa, harada və hansı peyvənd vurulduğu, xəstəliyi keçirənlərin yaxşılaşdığı, antikor səviyyəsi və “Covid-19” test nəticəsini göstərəcək.

Sözügedən peyvənd sertifikatı tənzimləməsinin 7-10 iyun tarixləri arası AP Baş Assambleyası iclasında təsdiqlənməsi gözlənilir.

Bu məqaləni paylaş