
Los Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayıb. 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.
Az.shafaqna.com xəbər verir ki, məktubu Azərbaycanın Los Anceles Konsulu Nəsimi Ağayev özünün facebook səhifəsində paylaşıb.






























