Gürcüstan ordusunda andiçmə mərasimi baş tutub

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Müstəqillik Günü münasibəti ilə 247 yeni əsgər hərbi and içiblər.

Bu gündən onlar Gürcüstan Silahlı Qüvvələrinin tamhüquqlu üzvü olublar.

Tbilisiyə parallel olaraq ölkənin digər 5 regionunda da andiçmə mərasimi baş tutub.

Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili bununla bağlı olaraq Gürcüstan prezidenti Salome Zurabişvilinin qarşısında məruzə ilə çıxış edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş