Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 5 nəfərdə koronavirus aşkarlanıb, 6 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1160-a çatıb, onlardan 935 nəfər sağalıb, 16 nəfər ölüb.  Karantin rejimində 6489 vətəndaş nəfər qalır ki, onların 337 nəfəri stasionar nəzarətdədilər.

Qeyd edək kı: Gürcüstanda koronavirusa yoluxanların artıq 80.6 faizi sağalıb.

Əvvəlki məqaləBəzi şirkətlər koronavirus vaksinlərinin qiymətini açıqladı
Növbəti məqalədəLos Anceles meri erməni hücumları ilə bağlı məktub ünvanladı