İsrail qüvvələri Qızıl Aypara ofisinə hücum etdilər

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrail qüvvələri Fələstinin Tubas şəhərində Qızıl Aypara cəmiyyətinin ofisinə hücum ediblər.

İsrail qüvvəllərinin hərəkətləri nəticəsində ofis əməkdaşlarının böyük hissəsi xəsarət alıb, yanğın başlayıb.

“Bu, tibbi personal və müəssisələrin müdafiəsini nəzərdə tutan beynəlxalq humanitar hüququn açıq-aşkar pozuntusudur”, – deyə Fələstin Qızıl Ayaparasının bəyanatında qeyd edilib.

Bildirilib ki, hücum Fələstin xalqına göstərilən yardıma görə humanitar təşkilatın əməkdaşlarını cəzalandırmaq məqsədi ilə törədilib.

Şahidlərin sözlərinə görə, İsrail qüvvələrinin sözügedən hücumu səhər saatlarında baş verib. İsrail qüvvələri gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər.

Bu məqaləni paylaş