Müdafiə Nazirliyi: Ermənistan ordusu Şuşadakı mövqelərimizi atəşə tutub

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Az.shafaqna.com xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin rəsmi facebook səhifəsində məlumat verilib.
Qeyd edilir ki, eyni zamanda erməni tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.
Cavab atəşi açılmayıb. İtki yoxdur.
Bu məqaləni paylaş