Az.shafaqna.com “BelTA”-ya istinadən xəbər verir ki, Belarus prezident Aleksandr Lukaşenko Belarusda “nəsə alışacağı” təqdirdə bədxahları dünya müharibəsi ilə hədələyib.
Onun sözlərinə görə, Belarus bədxahların məqsədlərindən xəbərdardır və respublikanın “iblisləşdirilməsinin” kimə sərfəli olduğunu anlayır.
O qeyd edib ki, Belarus böyük ölkə olmasa da, cavabı adekvat olacaq.
“Dünyada oxşar nümunələr var. Kəskin düşünülməmiş hərəkətlər etməmişdən öncə, xatırlayın ki, Belarus Avropanın mərkəzidir. Və burada nəsə alışsa, bu, növbəti dünya müharibəsi (demək olacaq)”, – deyə o əlavə edib.
Lukaşenko həmçinin bildirib ki, bədxahlar iğtişaşların təşkilatından boğma mərhələsinə keçiblər. O deyib ki, bədxahlar bir çox qırmızı xətti tapdalayıblar, sağlam təfəkkürün və insani əxlaqın hüdudlarını keçiblər.