Britaniya baş naziri təhqir etdiyi müsəlmanlardan “üzr istədi”

Az.shafaqna.com AA-ay istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Boris Conson keçmişdə müsəlman qadınların ünvanına səsləndirdiyi mənfi fikirləri barədə danışıb.

“Bilirəm, dediklərimlə bağlı müəyyən hiddət mövcuddur. İnsanlar tutduğum mövqeyi tutan adamdan düzgün addımlar gözləyirlər, lakin jurnalistikada dildən sərbəst istifadə etmək lazımdır. Sözün düzü, səbəb olduğum hər bir incikliyə görə peşmanam. Bu gün keçmişdə istifadə etdiyim həmin təhqiramiz ifadələrdən istifadə edərdim mi? Etməzdim, çünki mən baş nazirəm”, – deyə o bildirib.

Xatırladaq ki, Conson 2018-ci ildə “The Telegraph” qəzetində müsəlman xanımları “poçt qutuları” və “bank qarətçiləri” ilə müqayisə edib.

Bu məqaləni paylaş