Az.shafaqna.com Haber7-yə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana 5 ədəd mexaniki mina təmizləyən göndərdiyini açıqlayıb.
Məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin nəzdindəki hərbi fabrikdə istehsal olunan MEMATT adlı mexaniki mina təmizləyən təchizatın təslim edildiyini bildirən nazirlik “MEMATT-lar Can Azərbaycana xeyirli olsun. Bir Millət iki Dövlət”, – deyə qeyd edib.
Bu məqaləni paylaş