Putin Qazaxıstanla hərbi əməkdaşlıq sazişini təsdiq etdi

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya və Qazaxıstan arasındakı hərbi əməkdaşlığa dair razılığın təsdiqinə dair qanunu imzalayıb.

Bu barədə Rusiyadakı rəsmi mənbədən məlumat verilib.

“2020-ci il 16 oktyabrda Nur-Sultan şəhərində Rusiya Federasiyası və Qazaxıstan Respublikası arasında hərbi əməkdaşlığa dair imzalanmış razılıq təsdiq edilsin”, – deyə o sənəddə qeyd edilib.

Xatırladaq ki, sözügedən sənəd daha öncə Rusiya Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiq edilib.

Bu məqaləni paylaş