Az.shafaqna.com xəbər verir ki, bu fikirlər İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xameneinin Həcc bəyanatında deyilir.

Bəyanatın bir hissəsində deyilir: “İslam dünyasının həmişə izzət, əzəmət və çiçəklənmə hissi yaşadığı mövsüm olan Həcc mövsümü bu il möminlərin qəm-qüssəsinə, aşiqlərin ayrılıq və nakamlıq hissinə səbəb oldu. Qəlblər Kəbənin həsrətilə yanır, ondan ayrı düşənlərin “ləbbeykə” şüarları göz yaşları və ah-nalələrlə müşayiət olunur. Bu mərhumiyyət qısa sürəcək, Allahın güc və qüvvəsi sayəsində uzun sürməyəcək. Lakin böyük Həcc nemətinin qədrinin bilinməsi dərsi qalıcı olmalı və bizi qəflətdən oyatmalıdır. İslam ümmətinin möminlərin Kəbədə, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hərəmində və Bəqi imamlarının (əleyhimissalam) ziyarətləri zamanı ümumi və müxtəlif izdihamlarındakı qüdrət və əzəmətinin sirrini bu il həmişəkindən daha çox hiss etməli və bu barədə düşünməliyik.”

Ayətullah Xamenei bəyanatının bir hissəsində “İbrahim həcci İslamın bu modern cahiliyyət qarşısındakı əzəmətli hadisəsidir, İslama dəvət və İslam cəmiyyətinin həyat simvollarının nümayişidir. Bu elə bir cəmiyyətdir ki, onda möminlərin birgə yaşayışı, tövhid mehvəri ətrafında fasiləsiz hərəkət ən üstün əlamətdir; münaqişə, mübahisə, təcavüz, ayrıseçkilik, formal imtiyazlardan, fəsad və günahdan uzaqlıq onun vacib şərtidir; şeytanın daşlanması, müşriklərə nifrət, zəiflərlə qarışmaq, ehtiyacı olanlara köməklik göstərilməsi, imanlı insanların şüarlarının ucaldılması əsas vəzifələrdəndir; Allahı xatırlamaq, Ona və bəndələrinə təşəkkür etməklə müşayiət olunan ümumi maraqlara nail olmaq orta və son hədəflərdir.”

İranın Ali Dini lideri bəyanatında həmçinin Qərb ölkələrini hədəfə almış, sonda 12-ci İmama salam salavat göndərərək dualar etmişdir.