Gürcüstanda 2 deputatın səlahiyyətləri dayandırıldı

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan parlamenti İrakli Sesiaşvili və Mariam Kvrişvilinin deputat səlahiyyətlərini dayandırıb.

Qərar bugünkü plenar iclas zamanı qəbul edilib.

Parlamentdən Gürcüstan Baş nazirinin müşaviri məsləhətçisi vəzifəsinə keçən İrakli Sesiaşvilini 10-cu çağırış parlamentdə Gela Samxarauli əvəz edəcək.

İqtisadiyyat nazirinin müavini təyin edilən Mariam Kvrivişvilini isə “Gürcü Arzusu”-nun növbəti üzvü Baya Kvitsiani əvəz edəcək.

Bu məqaləni paylaş