Zelenski Ukrayna ordusunun sayını artırmaq istəyir

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Ali radada ölkənin silahlı qüvvələrinin sayının artırılmasına, həmçinin “milli müqavimətin əsaslarına” dair qanun layihələrini qeydiyyatdan keçirib.

Bu barədə Ukrayna parlamentinin saytından məlumat verilib.

Sözügedən qanun layihələri qeydiyyatdan keçirilsə də, hələ sənədlərin mətnləri yoxdur.

Daha öncə Ukrayna rəhbərliyi müdafiə və təhlükəsizlik xərclərinin ÜDM-in 5,93% həcminədək artırıb. Bu göstərici 2020-ci ildə ÜDM-in 5,45%-ni təşkil edib.

Bu məqaləni paylaş