Polşa prezidenti Gürcüstana səfər edəcək

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Polşa prezident Andjey Duda həyat yoldaşı Aqata Kornhauze-Duda ilə birlikdə 26 mayda Tbilisiyə 2 günlük səfər edəcək.

Bu barədə Polşa prezidentinin rəsmi saytından məlumat verilib.

Səfər Gürcüstanın Müstəqillik Günü münasibəti ilə baş tutacaq. Polşa prezidenti təntənəli tədbirdə nitq ilə çıxış edəcək.

Səfərin ikinci günü – 27 mayda Duda Gürcüstan prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və parlament sədri Kaxa Kuçava ilə görüşəcək.

Bu məqaləni paylaş