Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, İran Konstitusiya Keşikçiləri Şurası 18 iyunda keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərlə bağlı yekun qərarı qəbul edib.
İran Daxili İşlər Nazirliyinin mətbuat-xidmətinin məlumatına əsasən, namizədlər aşağıdakı şəxslərdir:
- İran İslam Respublikasının (İİR) Məhkəmə Hakimiyyətinin hazırkı başçısı İbrahim Rəisi;
- İİR-in Siyasi Məqsədəuyğunluğun Müəyyən edilməsi Şurasının üzvü Səid Cəlili;
- İİR-in Siyasi Məqsədəuyğunluğun Müəyyən edilməsi Şurasının katibi Möhsün Rzai Mirqaid;
- Məclisin Araşdırmalar Mərkəzinin başçısı və İran parlamentinin keçmiş nümayəndəsi Əlirza Zəkani;
- İran parlamentinin hazırkı vitse-spikeri Əmir Hüseyn Qazizadə Haşimi;
- Keçmiş vitse-prezident və İranın Fiziki Tərbiyə Təşkilatının başçısı Möhsün Mehr-Əlizadə;
- İİR-in Mərkəzi Bankının hazırkı başçısı Əbdülnasir Hemməti.
Xatırladaq ki, İrandakı prezident seçkilərində iştirak üçün 592 namizəd qeydə alınmışdı. Ölkə qanunlarına əsasən, seçkilərdə iştirak etmək istəyənlər İran Konstitusiya Keşikçiləri Şurasında tərəfindən də təsdiq edilməlidirlər.
Qeyd edilir ki, namizədlərə 28 maydan seçkiqabağı təşviqat aparmağa icazə verilir və bu proses 16 iyunadək davam edəcək. 17 iyun və seçki günü – 18 iyun təşviqat qadağandır.
Bu məqaləni paylaş