Az.shafaqna.com xəbər verir ki, 1945-ci ilin may ayında Böyük Britaniya SSRİ-yə qarşı hərbi əməliyyat planı hazırlayıb.
Bu barədə “The Telegraph” qəzeti Milli Arxivdən olan sənədə istinadən məlumat verib.
Sənəddə deyilir ki, Sovet ordusu Berlini tutandan bir neçə gün sonra Böyük Britaniyanın baş naziri Vinston Çörçil “Ağlagəlməz” (Operation “Unthinkable”) əməliyyatını hazırlamağı tapşırıb.
Bu əməliyyita əsasən, Qərb müttəfiqləri Hitler Almaniyasının kapitulyasiyasından sonra 2 ay ərzində SSRİ-nin tutduğu ərazilərin dərinliklərinədək genişmiqyaslı quru, hava və hərbi-dəniz hücumu həyata keçirməli idilər.
Qeyd edilir ki, “ABŞ və Böyük Britaniya imperiyasının iradəsini” zorla SSRİ-yə qəbul etdirmək istəyirdilər. Hücuma Kral Artilleriyasının keçmiş komandanı və briqada generalı Ceffri Tompson başçılıq etməli idi. Tompson 1945-ci ilin 1 iyulunda əməliyyata başlamaq istəyirdi.