Gürcüstanda restoranlarla bağlı bu məhdudiyyət ləğv edilir

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda 1 iyundan ictimai qidalanma obyektləri ilə bağlı həftəsonu məhdudiyyəti tam ləğv ediləcək.

Bu barədə Qurumlararası Koordinasiya Şurasının nəzdindəki Operatiq Qərargahın başçısı Giorgi Gibradze məlumat verib.

Onun sözlərinə görə, restoranlar qapalı məkanlarda da öz müştərilərini qəbul edə biləcək.

Toy, yas, banket və digər bu kimi sosiall tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyət isə qüvvədə qalır.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş