Gürcüstan 1 iyundan quru sərhədlərini açır

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hökuməti 1 iyundan ölkənin quru sərhədlərini açacaq.

Qərar Qurumlararası Koordinasiya Şurasının (QKŞ) iclası zamanı qəbul edilib.

Qeyd edək ki, Gürcüstanın quru sərhədləri pandemiya səbəbi ilə 2020-ci ilin mart ayından qapadılıb.

Ölkə sərhədini tam vaksinasiyaya dair sənəd və ya son 72 saatda edilmiş PZR-testin mənfi nəticəsi ilə keçmək olacaq.

“Belə olan halda, Gürcüstana PZR-test ilə gələn şəxslər növbəti 72 saat ərzində təkrar PZR-testdən keçməlidirlər”, – deyə QKŞ rəsmisi Girogi Gibradze məlumat verib.

O, Gürcüstana səfər etmək istəyən bütün əcnəbilərə tibbi sığortaya sahib olmağı məsləhət görüb, çünki həmin sığorta zərurət halında koronavirus infeksiyasının müalicə xərclərini qarşılayacaq.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş