Afrika ölkəsi Malidə Keçid Şurasının prezidenti Bah Ndav və baş nazir Moktar Uan daxil olmaqla yüksək rütbəli çox sayda məmur hərbiçilər tərəfindən qaçırılıb.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, tutulanların arasında müdafiə naziri də var və onlar paytaxt Bamako xaricindəki Katidəki hərbi bazaya aparılıblar.
Bu arada Türkiyənin Bamakodakı Səfirliyi “Twitter” hesabında Malidə yaşayan Türkiyə vətəndaşlarını məcbur hallar istisna olmaqla küçələrə çıxmamaq və ehtiyatlı hərəkət etmələri barədə xəbərdar edib.
Bu məqaləni paylaş