
Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstan mövsümi işlər üçün xaricə gedən və hazırda koronavirus pandemiyasına görə bunu edə bilməyən vətəndaşlarına yardım edəcək.
Bu kateqoriyaya daxil vətəndaşlara dövlət tərəfindən təxminən 100 dollar məbləğində birdəfəlik maddi kömək ediləcək.
Bildirilir ki, bu cür yardımın alınması üçün vətəndaşların hər hansı bir təsdiqləyici sənəd etmələrinə ehtiyac yoxdur, onlar yalnız 15 iyuladək Səhiyyə Nazirliyinin müvafiq portalında qeydiyyatdan keçməlidirlər, nazirlik onların sərhədinə keçməsinə dair məlumatları isə DİN-dən əldə edəcək.
Qeyd edək ki, Gürcüstanda indiyədək pandemiya dövründə iqtisadi fəaliyyəti ziyan görən 105 minədək vətəndaş yardım edilib.






























