Az.shafaqna.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bu gün axşam saatlarında yaydığı məlumatda deyilir.

Qeyd edilri ki, iyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Foto: Mod.gov.az
Foto: Mod.gov.az