“Fərat qalxanı” əməliyyatı ilə terrordan təmizlənən Suriyanın şimalındakı Cerablus qəsəbəsində bir motosikletə qoyulmuş bombanın partlaması nəticəsində üç mülki həyatını itirib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, qəsəbə mərkəzində həyata keçirilən hücum anı təhlükəsizlik kamerası tərəfindən qeyd edilib.
Hadisə yerini araşdıran yerli təhlükəsizlik qüvvələri hücumun terror təşkilatı PKK/YPG tərəfindən həyata keçirildiyi ehtimalı üzərində dayanır.
Tel Rifat və Münbic bölgələrində işğalını davam etdirən PKK/YPG, Bab, Azəz, Cerablus və Afrin bölgələrini hədəf alaraq tez-tez terror aktları təşkil edir.
Bu məqaləni paylaş