Azərbaycanda sutkalıq koronavirus statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Az.shafaqna.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 610 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 132 nəfər müalicə olunaraq sağalıb, 4 867 nəfər vəfat edib, aktiv xəstə sayı 6 611 nəfərdir.

 

 

Bu məqaləni paylaş