Putindən Qırğızıstan və Tacikistana çağırış

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Soçidə Qırğızıstan prezidenti Sadır Japarov ilə keçirdiyi görüş zamanı Qırğızıstan və Tacikistanı sərhdəkki vəziyyətlə bağlı uzunmüddətli həll tapmağa səsləyib.

“Biz diqqətlə və böyük həyəcanla Tacikistan-Qırğızıstan sərhədindəki vəziyyətə baxırdıq… Biz iki tərəfin bütün bu cür mübahisəli məsələləri danışıqlarla həll etmək niyyətini müsbət qarşıladıq”, – deyə o qeyd edib.

Putin həmçinin deyib ki, məlum məsələsi Tacikistan prezidenti Emoməli Rəhmonla 8 maydakı Moskva görüşü zamanı da müzakirə edib.

“Məsələlərin uzunmüddətli və hər iki tərəfin maraqlarına cavab verən həllini tapmaq lazımdır. Biz də buna can atacağıq və hər cür kömək edəcəyik”, – deyə Putin əlavə edib.

Bu məqaləni paylaş