Az.shafaqna.com xarici mediya istinadən xəbər verir ki, İsrail qüvvələri əl-Əqsa məscidinin mühafizə əməkdaşını kobud şəkildə saxlayıblar.
Kadrlarda görünür ki, bir neçə İsrail hərbçisi gənc fələstinlini tuturlar və ayaqları ilə onun üzünü yerə sıxırlar.
Saxlanılmaya səbəb isə İsrail qüvvələrinə İslamın müqəddəs məkanına girişə mane olmaq cəhdi olub.
İsrail tərəfi bununla atəşkəs rejimini faktiki olaraq pozub və yenidən məscid ərazisinə soxulub.
Bildirilir ki, həmin gün təxminən 130 yəhudi mühacir İsrail qüvvələrinin mühafizəsi altında 2 dəfə əl-Əqsa ərazisinə soxulub.
Bu məqaləni paylaş