Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Az.shafaqna.com xəbər verir ki, təbrikdə deyilir: “Zati ailələri, Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan xalqına və Zati-alinizə təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcəyimizə və gələcəkdə daha gözəl günlər yaşayacağımıza olan ümidimi ifadə etmək istəyirəm”.
Bu məqaləni paylaş