Mariam Kvrivişvili iqtisadiyyat nazirinin müavini təyin edildi

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin deputatı, Avropa İnteqrasiyası Komitəsinin sədrinin 1-ci müavini və Milli Turizm Agentliyinin keçmiş başçısı Mariam Kvrivişvili İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini təyin edilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd edilir ki, Mariam Kvrivişvili nazirliyin turizm, aviasiya və kurortların inkişafı istiqamətlərinə başçılıq edəcək.

Bu məqaləni paylaş