Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, Fənər Rum patriarxı Bartolomeos  zəng edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Sümela monastrının bərpa işlərindən sonra ziyarətə açılmasına görə təşəkkür edib.
Türkiyənin Prezident Aparatı Mətbuat Xidmətinin açıqlamasına görə, Bartolomeos prezident Ərdoğanın Sümela monastırının bərpa işlərinə göstərdiyi dəstəkdən və maraqdan məmnunluğunu ifadə edib.
Görüşdə Bartolomeosun Türk və İslam dünyasının qarşıdan gələn Qurban bayramını təbrik etdiyi də bildirilib.