Toni Blerin baldızı İslam dininə keçib

221
0

Az.shafaqna.com “ParsToday”-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerin baldızı Loren But artıq bir neçə ildir ki, müsəlmandır.

İngilis jurnalist Loren But hüquq-müdafiəçisi və 2003-cü ildə İraqa edilmiş ABŞ müdaxiləsinin əleyhdarı kimi məşhurdur. Loren But həmçinin Blerin siyasətinin də qəti əleyhinədir.

Loren But 2010-cu ildə İrana səfər edərək Qum şəhərində Xanım Məsumə (ə) və Məşhər şəhərində İmam Rza (ə) hərəmlərini ziyarət edir və İslam dinini qəbul edərək hicab geyinməyə başlayır.

Onun müsəlman olması xəbəri dünya KİV-lərində geniş yayıldı.

Çərşənbə axşamının axşam saatlarında iman nuru qəlbimbə parlamağa başladı və məhz onda xoşbəxtlik və varlığımın həqiqi sevinci məni bürüdü”, – deyə o qeyd edib.

İrandan İngiltərəyə hicablı halda geri döndü. O zamandan bəri Loren But hicablıdır, ibadət edir və məscidə gedir.

Xatırladaq ki, o, hazırda İranın ingilis dilində yayımlanan “Press TV” telekanalında işləyir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin