Azərbaycanda koronavirus infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, 6288 nəfər aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 817, ötən müddət ərzində isə ümumilikdə 708 632 test aparılıb.


Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  78.46 faizi sağalıb. Yoluxanlardan 20.14 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  30446 nəfərin 1.4 faizi ( 438 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.