Paşinyanın arvadı Zəngəzur səfərində boykotla qarşılandı

Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Zəngəzura (Sünik) səfəri zamanı gözlənilməz olayla qarşılaşıb.

Az.shafaqna.com Sputnik-ə istinadən xəbər verir ki, Akopyan Gorusa səfəri zamanı Qarabağ müharibəsində ölən erməni əsgərlərin valideynləri, yaxınları ilə görüşmək istəyib.

Lakin Akopyanın bu istəyi onun ürəyində qalıb. Belə ki, Qarabağda ölən erməni əsgərlərin valideynləri Paşinyanın arvadı ilə görüşməkdən nümayişkaranə imtina ediblər.

Akopyan Sünik vilayətinə Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryanla birgə gedib. Paşinyanın həyat yoldaşı vilayətin inzibati binasının qarşısında gəzişib. Bundan sonra o, məktəbə gedərək açılış mərasiminə qatılıb.

Bildirilir ki, Akopyanın regiona səfəri hakim partiyanın seçki kampaniyası ilə bağlıdır. Məktəbin direktoru “Mənim addımım” blokunun seçki siyahısına daxil olacaq.

Bu məqaləni paylaş