Eynşteynin əlyazma məktubu 1,2 milyon dollara satıldı

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, nəzəriyyəçi-fizik Albert Eynşteynin əlyazma məktubu hərracda 1,2 milyon dollardan baha qiymətə satılıb.

Sözügedən məktubda məşhur “E=mc²” formulu var.

Qeyd edilir ki, məktubun başlanğıc qiyməti təxminən 400 min dollar olub.

Həmçinin bildirilib ki, həmin nüsxə ilk dəfə olaraq geniş kütləyə təqdim edilib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş