Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın quru sərhədlərinin açılması məsələsi müzakirə mərhələsindədir.
Bu barədə Gürcüstan Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzinin direktoru Paata İmnadze məlumat verib.
O qeyd edib ki, Gürcüstanın pandemiya şəraitində turizm nöqteyi-nəzərindən cəlbedici ölkə olması üçün hər şey edilir.
“Quru sərhədlərinin açılması artıq müzakirə edilir, onlar, yəqin ki, tezliklə açılacaq… Bizim qonşu ölkələrimizdəki vəziyyət olduqca mürəkkəbdir”, – deyə o bildirib.
İmnadzenin sözlərinə görə, normal turist mürəkkəb vəziyyətin olduğu ölkəyə getməz. O əlavə edib ki, buna görə də, Gürcüstan olduqca yüksək yoluxma sayının olmaması və tibb sektorunun həddindən artıq yüklənməməsi istiqamətində səy göstərib.