Reuters

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) bəyan edib ki, Avstraliyada 2019-cu ilin iyun ayından 2020-ci ilin fevral ayınadək meşə yanğınlarına görə 3 milyarddan çox heyvan ölüb.

Avstraliyada 2019-2020-ci illərdə baş vermiş genişmiqyaslı meşə yanğınları müasir tarixin ən faciəvilərindən oldu. Yanğınlar təxminən 3 milyard hevanı öldürüb”, – deyə qeyd edilib.

Araşdırmaya əsasən, “ümumilikdə 143 milyon məməli heyvan, 2,46 milyard sürünən heyvan, 180 milyon quş, 51 milyon qurbağa ölüb”.

Bildirilir ki, heyvanat aləminə dəyən ziyanı qiymətləndirmək üçün 28 milyon hektar yanmış ərazsi təftiş edilib.