Bu bir neçə günlük sınaq Fələstin xalqını başıuca etdi

Az.shafaqna.com xəbər verir ki, bunu İran İslam İnqilabının rəhbəri Ayətullah Xamenei Fələstinin müqavimət qüvvələrini təbrik bəyanatında deyib.

Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa arzu edən Ayətullah Xamenei “Bu bir neçə günlük sınaq Fələstin xalqını başıuca etdi. Vəhşi və canavar xislətli düşmən vahid Fələstinin qiyamı qarşısındakı acizliyini doğru analiz etdi. Qüds, Qərb sahilinin Qəzza, 1948-ci ildə işğal olunmuş ərazilər və qaçqın düşərgələri ilə əməkdaşlıq sınağı fələstinlilərin gələcək strategiyasını göstərdi.

Bu 12 gündə zülmkar rejim, əsasən, Qəzzada böyük cinayətlər törətdi və əməli şəkildə sübut etdi ki, Fələstinin birgə qiyamının qarşısında gücsüz olduğu üçün bu kimi dəlicəsinə və alçaqcasına hərəkətlərə yol verərək dünya ictimaiyyətinin fikirlərini özünə qarşı yönəldir, özü və arxasında dayanan qərb dövlətləri, xüsusilə cinayətkar ABŞ barəsində əvvəlkindən daha mənfur təsəvvür yaradır.”, -deyə bildirib.

Daha sonra o deyib: “Qarşıdurmaların başlanma və dayandırma vaxtı Fələstinin siyasi və mübarizə elitasının təyinindən asılıdır. Lakin hazırlıqlar və səhnədə güclü iştirak heç vaxt dayandırılmamalıdır. Muzdur qəsəbə sakinləri və hegemon rejim qarşısında müqavimət üçün Şeyx Cərrah bölgəsindəki təcrübə qeyrətli Fələstin xalqının həmişəlik təlimatı olmalıdır.”

Ayətullah Xamenei İsrailin bütün nüfuzlu rəhbərləri xüsusilə Netanyahunun beynəlxalq və müstəqil məhkəmələr tərəfindən mühakimə olunmasının vacibliyini vurğulayaraq onların cəzalandırılmasını istəyib.

O bəyanatının sonunda cəzalandırılma tələbindən sonra deyib: “Bu, Allahın qüdrəti sayəsində gerçəkləşəcək və Allah Öz işində qalibdir!”

Bu məqaləni paylaş