
Az.shafaqna.com “Dunya News”-ə istinadən xəbər verir ki, Hindistanın Uttar-Pradeş ştatında qəribə hadisə baş verib.
Belə ki, Kanpur şəhərində çöldə qoruyucu maskasız gəzən keçi həbs edilib.
Mühafizəçi maskasız keçini görən kimi onu avtomobillə polis bölməsinə aparıb. Heyvanın sahibi polis bölməsinə gələrək keçisinin geri qaytarılmasını xahiş edib. Ev heyvanı sərbəst buraxılıb və sahibinə analoji halın təkrarlanmasının yolverilməzliyi barədə xəbərdarlıq edilib.
“İnsanlar itlərinə belə maska taxdırırlar, keçi niyə taxmasın ki?”, – deyə yerli polisdən bildirilib.






























